Prezident və xanımı Qubadlıdan Bakıya xurma gətirdi – VİDEO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı rayonunda olarkən onlara Qubadlı xurması verilib.
ARANTV.AZ xəbər verir ki, sovqata baxan dövlət başçısı “Əladır. Aparırıq Bakıya. Qubadlı xurmasından yeyəcəyik” deyib.
Qeyd edək ki, dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar

