Dünya 

Gürcüstanda 1784 yeni yoluxma, 39 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  1784 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 220 508, ölənlərin sayı isə 2 352 nəfərə çatıb.

Virusa yoluxanlardan 200 339 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər