Moskvada koronavirusdan ölənlərin sayı 11 min nəfərə çatır
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 76 nəfər ölüb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: “Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib”.
Ümumilikdə pandemiyanın başlayandan Rusiyanın paytaxtında virusa son sutkada 6 620 olmaqla 786 204 nəfər yoluxub, 604 min nəfərdən çox xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 10 989 nəfər ölüb.

