Sosial 

“Özümü yaralanmağa da, şəhidliyə də hazırlamışdım” – Qazi Rüfət

Rejissor Nail Naiboğlunun “Youtube” layihəsinin qonağı ikinci Qarabağ müharibəsinin iştirakçısı Rüfət Əsədullayev olub.ARANTV.AZ xəbər verir ki, qazimiz döyüşlərdən, yaşadıqlarından bəhs edib.

“Hərbçi olmağa, forma geyinməyə həvəsim var idi. 8 il əvvəldən hərbçi oldum. Hər dəfə torpaqlarımız haqda danışanda içim göynəyirdi. Ermənilərə həddini bildirməyi arzulayırdım” deyə, Rüfət söyləyib.

O, yaralandığı anı belə xatırlayıb:

“Müharibə tarixdir. Düşmən məhv etmişəm… Mənim etdiyim qəhrəmanlıq deyil, vəzifə borcum idi. Özümü yaralanmağa da, şəhidliyə də hazırlamışdım. Ona görə də yanıma mərmi düşəndə, qorxu olmadı. İnsan həyəcanlanır, amma qorxmursan. Ağrıları hiss etmirdim. Tək mən yox, bütün ordu vuruşdu. Böyük qələbə, sevinc idi. Biz yazılan tarixin içində olduq”.

Daha çox xəbərlər