QDİƏT-in üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
ARANTV.AZ xəbər verir ki, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə iclası keçirilib. Yekunda Bakı bəyannaməsi qəbul edilib.
Bu gün Azərbaycanda uzunmüddətli inkişaf istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə rəqəmli iqtisadiyyatın formalaşdırılması ilə yanaşı, rəqəmli hökumətə keçid üzrə Fəaliyyət planı hazırlanır. Bundan başqa İKT infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə iclasında bu barədə məlumat verdi. Bildirdi ki, 2020-ci ilədək Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyada öz əksini tapıb.
İclasda QDİƏT regionunda İKT sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanları müzakirə olundu. Yekun olaraq QDİƏT regionunda İKT sahəsində əməkdaşlıq haqqında Bakı Bəyannaməsi qəbul edildi.

