Cəmiyyət 

Ötən həftə Milli Məclis 2019-cu ilin dövlət büdcəsi və büdcə zərfinə daxil qanun layihələrini təsdiq etdi

ARANTV.AZ xəbər verir ki, ötən həftə Milli Məclis “Azərbaycan Respublikasının  2019-ci il üçün dövlət büdcəsi haqqında“ Qanununu təsdiq etdi. Ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə cavab verən sözügedən əsas maliyyə sənədi müsbət nəticələri ümumiləşdirməklə yanaşı, qabaqlayıcı tədbirlərin görülməsi, mövcud resursların səfərbər olunması, onlardan səmərəli istifadə, koordinasiyanın gücləndirilməsi kmi mühüm məsələləri də özündə ehtiva edir.

Azərbaycanda dövlət siyasətinin əsas  hədəflərindən biri dünya iqtisadiyyatında baş verən qlobal proseslər və meyllərin yaratdığı risklərin mövcud təsirlərindən maksimum qorunmaq, uzunmüddətli  sosial-iqtisadi inkişafın prioritet istiqamətlərini nəzərə almaqla makroiqtisadi sabitliyi təmin etməkdir. Bu baxımdan ölkənin maliyyə resurslarını ümumiləşdirən əsas maliyyə sənədi mühüm faktor kimi çıxış edir. Ötən həftə Milli Məclis məhz növbəti il üçün bu ümumiləşdirməni ifadə edən 2019-cu ilin dövlət büdcəsi və büdcə zərfinə daxil qanun layihələrini təsdiq etdi.

Dövlət büdcəsi:

-gəlirlər 23 milyard 168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon manat

-icmal büdcəsinin gəliləri isə 29 milyard 149 milyon manat, xərcləri  27 milyard 156 milyon manat təşkil edəcək;

-bununla da icmal büdcənin profisiti 1 milyrad 993 milyon manat proqnozlaşdırılır.

Rəqəmlərdən də göründüyü kimi 2019-ci ilin büdcəsində ciddi artım var. Bu isə  aparılan uğurlu islahatlar, iqtisadi diversifikasiya nəticəsində nail olunan dayanıqlı iqtisadi inkişafla sıx bağlıdır. Müşahidə olunan müsbət tendensiyalar fonunda dövlət büdcəsinin  əsas  daxilolmalarına gəlincə…

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. Bununla yanaşı, büdcə gəlirlərinin tərkibində qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması əsas hədəf kimi qarşıya qoyulub. Belə ki, 2019-cu ildə gəlirlərin 9,2 milyard manatdan çox  və ya 40%-in qeyri–neft sektoru üzrə daxilomalar təşkil edəcəyi gözlənilir.Bu tendensiyanı daha da gücləndimk üçün  Milli Məclis Vergi Məcəlləsinə beş istiqamət üzrə təklif edilən köklü dəyişiklikləri – iqtisadiyyatın şəffalaşdırılması və kölgə iqtisadiyyatının azaldılması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi və vergi ödəyicisinin hüquqlarının genişləndirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi təkliflərini də qəbul edib.

Mühüm dəyişikliklərdən biri  qeyri-dövlət və qeyri neft sektorunda aparlacaq vergi islahatları, əmək haqqına edilən vergi güzəştidir. Belə ki, fiziki şəxslərin gəlir vergisi üzrə vergi yükü əhəmiyyətli dərəcədə azaldılır. Bu güzəştin 7 il müddətinə tətbiq edilməsi nəzərdə tutulur və qeyri-neft sektorunu dəstəkləməklə yanaşı, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, muzdla çalışanların sosial müdafiəsi və pensiya təminatının gücləndirilməsinə yönəldilib.

Bununla yanaşı qarşıdakı ildə də qeyri –neft sektorunun inkişafı diqqətdə saxlanılacaq və bu məqsədlə həyata keçirilıəcək layihələrə kifayət qədər böyük vəsait qoyuluşu nəzərdə tutulur. Bu da real sektorun inkişafına güclü təkan verəcək. Digər mühüm amil isə növbəti ilin büdcəsinin də əsasən sosialyönümlü olması faktıdır. Hərbi, elm və təhsil sahələri ilə yanaşı, büdcədə sosial yönümlü xərclərin çəkisi 36.6 % təşkil edir. Təqaüd, müavinət, əmək haqlarının, eləcə də sosial istiqamətdə investisiya layihələrinin artımı  əsas prioritetlər sırasındadır. Eyni zamanda Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi isə 143 manat məbləğində müəyyən edilib. Gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat planlaşdırılıb.

Ümumilkdə isə sosialyönümlülük  qarşıdakı ildə də prioritet təşkil edəcək və bu məqsdlə  büdcə xərclərinin:

– 10 milyard manatdan çoxu və ya 42%-i sosial  proqramlara sərf olunacaq; Bu da 2018 –ci illə müqayisədə:

– 2 milyard 77 milyon manat və ya  14% çoxdur; 

O cümlədən büdcədə:

– təhsil xərcləri 2.3 milyard manat  və ya ÜDM-nin 2.8%-i həcmində;

– Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri isə bərabər olaraq 3 milyard 928  milyon manat dan çox proqnozlaşdırılmaqla təsdiqlənib.

Beləlikllə, 2019-cu il dövlət bücdə zərfinə  əsasən  ÜDM -in real artımı 3,6% olmaqla 81,9 milyard manat, növbəti illərdə orta hesabla 3,4%, o cümlədən qeyri-neft ÜDM -in artımı 3,9 % olmaqla  50,5 milyard manat təşkil edəcək. Tədiyyə balansının növbəti ildə müsbət olacağı, yəni 3.9 milyard ABŞ dolları olacağı prioqnozlaşdırılır. Bundan başqa əsas kapitala investisya qoyuluşlarının təxminən 17 milyard manatdan çox olacağı gözlənilir. Əsas parametrləri qeyri-neft sektorunun inkişafı, əhalinin sosal təminatının prioritet istiqamət kimi hədəflənməsi, əvvəlki illə müqayisədə sosialyönümlü xərclərin   artırılması, eyni zamanda büdcə vəsaitlərinin ünvanlılıq və səmərəlilyi nəzərdə tutan 2019-cu ilin əsas malyyə sənədi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri, habelə müvafiq Dövlət Proqramlarının bütün tələblərini  özündə ehtiva etməklə ölkəmizin dayanıqlı inkişafına təminat verir.

 Sahəddin Hüseynov  

Daha çox xəbərlər