Hadisə 

Evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın dördündə rayon ərazisindəki evlərin birindən 5000 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əzizov saxlanılıb.

Daha çox xəbərlər