Sosial 

Bu il ali məktəblərə qəbul qaydaları belə olacaq

2021-2022-ci tədris illi üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları açıqlanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafıq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafıq ixtisaslar üzrə subbakalavrların qəbulu Nazirlər Kabineti tərəfındən müəyyən olunmuş qaydada həyata keçirilir.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslannda təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticəsi 2 il qüvvədə qalır. Bu nəticələr şagirdə cari və növbəti tədris illərində ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.

Qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri 1 il qüvvədə olur. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir.

Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

Daha çox xəbərlər