Xərçəng riskini azaldan qidalar
Dünyada ölümə səbəb olan ürək-damar xəstəliklərindən sonra ikinci yeri xərçəng tutur. Dövrümüzün ən təhlükəli xəstəliklərindən biri olan xərçənglə qarşılaşmamaq üçün bəzi vacib tədbirlər görülməlidir. Normal və sağlam bir pəhriz bu tədbirlərin ən öndə gələnidir. Araşdırmalara görə sağlam qida qəbulu xərçəng riskini yüzdə 30-35%-dək azaldır. Bu səbəbdən də tərkibində antioksidanlar, vitaminlər və minerallar olan qidalarla immunitetimizi gücləndirməliyik.
ARANTV.AZ xarici KİV-ə istinadən, onkoloji xəstəlik riskini azaldan qidaları təqdim edir:
1.Brokoli
Brokolinin tərkibi liflərlə zəngindir. Qaraciyər və ağciyər xərçənginə qarşı qoruyucu rola malikdir. Bu tərəvəzin tərkibindəki liflər xərçəngin artmasına səbəb olan WWP1 fermentinə qarşı qoruyucu funksiyanı həyata keçirir.
2.Qoz-fındıq
Qozun tərkibindəki “qamma tokoferol” adlı bir komponent, xərçəng hüceyrələrinin yaşamasını təmin edən fermentlərin aktivləşməsinin qarşısını alır. Döş xərçənginə qarşı ən effektiv vasitədir.
3.Üzüm
Xərçəngə qarşı güclü təsir edən qidalar arasında üzümdə var. O, xərçəng hüceyrələrinin toksik təsirini bloklayır və böyüməsinin qarşısını alır. Bir çox elmi araşdırmalar zamanı da üzüm toxumunun müxtəlif xərçəng növlərinə qarşı qoruyucu vasitə olduğu sübut edilib.
4.Balıq
Balıq sağlam qidalanmanın ən əsas amillərindəndir. Həftədə ən az iki dəfə balıq istehlak edilməlidir. Həmçinin onun tərkibindəki Omega-3, gözü qoruyur və beyni də qidalandırır.
5.Soğan-sarımsaq
Soğan və sarımsağın insan sağlamlığı üçün bir çox faydası var. Soğan “orqanosülfid” tərkibi ilə bir çox xərçəng növünə qarşı qoruyucu təsir göstərir. Sarımsaqdakı A və C vitaminləri isə xərçəngə qarşı mübarizədə xüsusi kömək edir.

