Azərbaycanda ana 3 övladını uşaq evinin qarşısında ATIB GETDİ – VİDEO
Ana 3 azyaşlı uşağından imtina edərək uşaq evinin qarşısında qoyub gedib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Atv telekanalının “Bizimləsən” layihəsində izləyicilərə məlumat verilib. Ananın 5 övladı, birinə isə hamilə olduğu deyilir. Onun uşaqlardan 3 – nü uşaq evinin qarşısında qoyub getdiyi, digər iki uşağın isə baba və nənəsinə verildiyi bildirlir.
Verilişdə bildirilib ki, hətta ana uşaq evinin qapısını daş ilə döyərkən, daşın biri uşaqların başına dəyib.
Həmçinin qeyd edilib ki, uşaqlarını atan ana Quba rayonunun kəndlərindən birində yaşayırmış. Canlı yayıma qoşulan tanışlardan biri isə ananın kafedə ofisant işlədiyini, həyat yoldaşının isə olmadığını deyib.

