Dünya 

Çində aktiv koronavirus xəstələrinin sayı 1000-dən aşağı düşdü

Çində son sutka ərzində 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 734-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 129 xəstə sağalıb.

Ölkədə 969 aktiv koronavirus xəstəsi var ki, onlardan da 17-nin vəziyyəti ağır qiymətləndirilir.

Daha çox xəbərlər