“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb
ARANTV.AZ xəbər verir ki, hazırda 10-u bölgələrdə olmaqla ölkə üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 5 il ərzində bu mərkəzlərə 26 milyon nəfər müraciət edib. 26 milyonuncu müraciət Şəki ASAN xidmətdə qeydə alınıb.
Operativ, şəffaf, innovativ metodlarla xidmət göstərməklə əhalinin məmnunluğuna nail olmaq. Artıq Azərbaycan brendinə çevrilən ASAN xidmət 5 ildir ki, bu prinsiplə işləyir və xidmət göstərdiyi vətəndaşların da sayı sürətlə artır. Cəmi bir ay ərzində ASAN xidmət Mərkəzlərinə müraciət edənlərin sayı 1 milyon artaraq 26 milyona çatıb. 26 milyonuncu müraciət Şəki ASAN Xidmət Mərkəzində qeydə alınıb. ASAN Xidmətin 26 milyonuncu istifadəçisi Nadir Paşayev Ədliyyə Nazirliyinin təklif etdiyi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən yararalanıb. Göstərilən xidmətdən məmnun qalan bu şəxs 26 milyonunçu istifadəçi kimi mükabatlandılır.
Hazırda ölkəmizdə 10 bölgələrdə olmaqla 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzlərinin olmadığı bölgələrin sakinlərinə isə 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar “ASAN qatar” vasitəsilə xidmətlər göstərilir. Vətəndaşlara 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-ə yaxın müxtəlif xidmətlər təklif edilir.
ASAN xidmət Mərkəzlərinin şəbəkəsi genişləndiriləcək. 2020-ci ilə qədər daha 5 rayon – Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə də ASAN xidmət mərkəzləri istifadəyə veriləcək. Onu da qeyd edək ki, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.

