Ukrayna aviaşirkəti Kiyev-Bakı-Kiyev marşrutu ilə uçuşları bərpa edir
“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Kiyev-Bakı-Kiyev marşrutu ilə yay reysləri təqvimini bərpa edir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, reyslər martın 28-dən etibarən başlayacaq.
Bundan başqa, şirkət Tbilisi, London, Barselona, Milan, Paris, İstanbul və digər iri şəhərlərə uçuşları bərpa edəcək.

