Sosial 

Xarici vətəndaşlar peyvənd olacaq? – FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinin tətbiqi zamanı Azərbaycanda yaşayan xarici vətəndaşların koronavirusa qarşı peyvənd olunması məsələsinə münasibət bildirib.

TƏBİB-dən qeyd edilib ki, vaksinasiya prosesi zamanı ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının peyvənd edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb.

Peyvəndləmə könüllülük prinsipi əsasında dövlət hesabına aparılır.

Daha çox xəbərlər