İctimai nəqliyyatda gediş haqqı 40 qəpiyə qaldırılır? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi Tarif Şurasının qərarı ilə Aİ-92 növ benzinin, dizelin və suyun qiyməti qaldırıldı. Son iki ayda baş verən bahalaşma ictimai nəqliyyatda gediş haqqının bahalaşma ehtimalını ortaya çıxırıb. Belə ki, son bir həftədə metroda və avtobuslarda gediş haqqının 40 qəpiyə qaldırılacağı ilə bağlı iddialar səsləndirilir. Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı 40 qəpik ola bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, yanacaqdan sonra suyun da qiymətinin qaldırılması, ictimai nəqliyyatda gediş haqqının bahalaşma ehtimalını daha artırır:
“Ekspertlərdə və insanlarda ictimai nəqliyyatda qiymətlərin artılma ehtimalı ilə bağlı fikirlər formalaşıb. Bundan əlavə yanacağın qiyməti qaldırılsa da, bu haqda 100 faizlik fikir səsləndirmək çətindir. Amma əvvəlki dövrlə müqayisədə, bu il yaranan faktorlar ictimai nəqliyyatda qiymətin artırılma ehtimalını yaradır”.

