“Aİ Azərbaycanla sülh quruculuğu üzrə təcrübəsini bölüşməyə hazırdır” – Yankauskas
Avropa İttifaqı (Aİ) Azərbaycanla sülh quruculuğu üzrə təcrübəsini bölüşməyə hazırdır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O bildirib ki, Azərbaycan bundan fayda əldə edə bilər:
“İnanırıq ki, əməkdaşlıq sayəsində Cənubi Qafqaz regionunun münaqişəsiz və dinc bölgə olduğunu görəcəyik”.
K.Yankauskas əmin olduğunu bildirib ki, gələcəkdə regionda bütün ölkələrin aktiv diplomatik münasibətləri, açıq sərhədlər və dinc birgəyaşayış mövcud olacaq.

