“Xəzər regionu: geosiyasi vəziyyət və multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib
ARANTV.AZ xəbər verir ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Xəzər regionu: geosiyasi vəziyyət və multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib. Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Xəzəryanı ölkələrdə islahat proqramlarının siyasi və hüquqi məqamlarından danışıb. Millət vəkilləri Fazil Mustafa və Elman Nəsirov bildiriblər ki, Xəzəryanı ölkələr ciddi inkişaf səviyyəsinə çatıb. Azərbaycan regionda öz inkişafı ilə xüsusi seçilir. Bu il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması sahilyanı dövlətlər arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradır. Çıxışlarda Azərbaycanın energetika, dəniz nəqliyyatı, Xəzərin bioloji müxtəlifliyinin qorunması kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə etdiyi uğurlar vurğulanıb.ARA

