AHİK “İlin Peşəkar Gənci” Fəxri adına layiq görülən gəncləri mükafatlandırıb
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “İlin Peşəkar Gənci” Fəxri adına layiq görülən gənclər mükafatlandırılıb. Konfederasiyanın sədri Səttar Möhbalıyev bildirib ki, hazırda ittifaq üzvlərinin üçdə biri 35 yaşadək olan gənclərdir. “İlin Peşəkar Gənci” fəxri adına layiq görülən namizədlər yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda bilik səviyyəsi və sənət təcrübəsinə malik olmaları ilə seçilirlər. Bu dəfə ötən ilin nəticələrinə görə, “İlin Peşəkar Gənci” nominasiyasına layiq görülən 50- istedadlı gənc Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Diplomu, döş nişanı və vəsiqəsi ilə təmin olunub.

