Dünya 

Gürcüstanda daha 493 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 493 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 268 995, ölənlərin sayı isə 3 457 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 262 796 nəfərinin sağaldığı bildirilir.

Daha çox xəbərlər