Cəmiyyət 

Avtovağzallarda gücləndirilmiş iş rejiminin vaxtı uzadılıb

ARANTV.AZ xəbər verir ki, Avtovağzallar daha 2 gün gücləndirilmiş iş rejimində çalışacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, regionlarda həftənin sonuna qədər istirahətini davam etdirən sərnişinlər üçün respublikanın ümumilikdə 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejiminin müddəti yanvarın 5-nə kimi uzadılıb. Xidmət sərnişinlərdən biletləri avtovağzalların kassalarından almağı xahiş edir.

Daha çox xəbərlər