10 Noyabr bəyanatından dörd ay keçdi – VİDEO
10 Noyabr bəyanatından 4 ay ötür. Dağlıq Qarabağ bölgəsində bütün hərbi əməliyyatların dayandırılmasına hesablanan bəyanat Azərbaycanın taleyini dəyişməklə yanaşı, ölkəmizin regionda üstünlüklərə sahib olduğunu göstərdi. Çünki 44 gün ərzində Azərbaycan Ordusunun qəhrəmanlığı, dünyanı şoka salan döyüş taktikası məğlub olmaq üzrə olan Ermənistanı kapitulyasiyaya getməyə vadar etdi.
Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 Noyabr bəyanatının imzalanmasını şərtləndirdi. Bu, Prezidentin diplamatiyasının uğuru hesab edilir.
Politoloq Eldar Namazovun sözlərinə görə, Ermənistan 30 il müddətində Qarabağı işğalda saxlasa da, ərazilərin onlara məxsus olduğunu dünyaya sübut edə bilmədi. Lakin 44 gün müddətində Azərbaycan öz torpaqlarına sahib çıxmaqla Qarabağın bizə məxsus olduğunu sənədlə təsdiqlədi. Odur ki, sənədin əhəmiyyətini nəzərə alsaq, görərik ki, bu gün regionda gedən inkişaf prosesləri bəyanatda yer alan bəndlər əsasında icra olunur.
Bəyatanda yer alan digər vacib məsələ Azərbaycan, eləcə də regiona üçün önəmli olan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasıdır, yeni dəhlizlərin qurulmasıdır.
Bəyanatın imzalanmasından 4 ay sonraya nəzər yetirsək, xeyli irəliləyişlər və uğurlar əldə olunub. Növbəti məqsəd isə qarşıdakı hədəflərə çatmaqdır.
Xatırladaq ki, Ağdam, Kəlbəcər və Laçının qan tökülmədən, müharibə olmadan qaytarılması 10 Noyabr bəyanatının icrası ilə bağlı yerinə yetirilən ilk addımlardan biridir.Real Tv

