Cəmiyyət 

Universitetlərə payız semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediaturlar təşkil edilib

ARANTV.AZ xəbər verir ki, 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini izləmək üçün bir sıra ali məktəblərə mediaturlar təşkil olunub.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova mediaturun neqativ halların aradan qaldırılması, imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə keçirildiyini qeyd etdi. Bildirdi ki, imtahanlar yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən isə qiymətləndirilmə keçirilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. Sonra iştirakçılar universitetin bir neçə auditoriyasına baş çəkərək imtahan prosesini müşahidə etdilər.

Azərbaycan Dillər Universitetində də 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və QHT təmsilçilərinin iştirakı ilə mediatur təşkil olundu. Universitetin rektoru Kamal Abdulla payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə müvafiq əmr imzaladığını bildirdi. Qeyd etdi ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat müəyyənləşdirilib. Ali məktəbin Tədris işləri üzrə prorektoru Əfqan Abdullayev KİV təmsilçilərinə imtahan prosesi barədə məlumat verdi. KİV nümayəndələri və QHT təmsilçilərinin imtahan otaqlarında oldular, imtahan prosesini izlədilər.

Daha çox xəbərlər