Gündəm 

Yaroslavl vilayətindən Azərbaycana 8 milyon dollara yaxın məhsul ixrac olunub

2020-ci ildə Rusiyanın Yaroslavl vilayətindən Azərbaycana ixracın həcmi 7,85 milyon dollar təşkil edib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Yaroslavl vilayətinin Regional inkişaf və xarici iqtisadi fəaliyyət departamentinin direktoru Qalina Penyagina deyib.

Qeyd olunub ki, ötən il koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana ixracın həcmi 11 faiz azalıb.

Yaroslavl müəssisələri Azərbaycana, əsasən neft emalı məhsulları, eləcə də şin, əczaçılıq məhsulları, metal məmulatlar və kağız məmulatları ixrac edir.Q.Penyagina bildirib ki, Azərbaycan Yaroslavl vilayətinin ixracyönümlü müəssisələri üçün vacib əhəmiyyət kəsb edir.

Daha çox xəbərlər