Bərdə rayon 10 saylı Uşaq bağçasında uşaqları sevindirmək üçün gözəl bayram şənliyi təşkil olunub-VİDEO
Bərdə rayonunda yerləşən 10 saylı uşaq bağçasında Novruz şənliyi keçirildi. Biz də bayram şənliyinin necə keçirildiyini görmək üçün adıçəkilən bağçaya yollandıq.
Bağçaya daxil olarkən əsl bayram əhval-ruhiyyəsini hiss etdik. Bayram libaslarında olan uşaqlar böyük sevinclə öz çıxışlarını gözləyirdilər.
Balacaların çıxışlarından öncə Baxçanın tərbiyıçisi Nilufər Qurbanlı Novruz bayramı münasibətilə fidanları təbrik edərək tədbirə başladı.
Yallı rəqsi ilə tədbirə başlayan uşaqlar hazırladıqları bayram şeirlərini sıra ilə söylədilər. Bundan başqa, uşaqlar bir-birindən gözəl rəqslər də nümayiş etdirdilər. Bayramın sonuna yaxın zala Arşın mal alan obrazından Əsgəri təşrif buyurdu. Onun gəlişi isə uşaqların sevincini daha da artırdı.
Bağçanın direktoru Leyla Məmmədova bizimlə söhbətində Azərbaycan xalqını təbrik edərək bildirdi ki, ötən il pandemiya ilə əlaqədar olaraq fəailiyət göstərə bilməyiblər ,bu səbəbdən də uşaqları sevindirmək üçün daha gözəl bayram şənliyi təşkil ediblər.
Şənlikdə Novruza xas olan bütün atributlar var idi. Bu isə uşaqların sevincinə səbəb oldu. Bizdə ARANTV olaraq belə gözəl bayram təşkil etdiklərinə görə bağçanın direktoruna və müəllimələrinə təşəkkürümüzü bildiririk”.

