Dünya 

Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, səfir üç rusiyalı diplomatın Polşada persona-non qrata elan edilməsi ilə bağlı çağırılıb.

Rusiya XİN bu addıma cavab olaraq Polşanın 5 diplomatının ölkədən çıxarılacağını elan edib.

Qeyd edək ki, son günlərdə ABŞ, Çexiya və Slovakiya rusiyalı diplomatların ölkədən çıxarılmasını elan etmişdi.

Daha çox xəbərlər