Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Səudiyyə Ərəbistanı qəsdən koronavirusa yoluxdurmağa görə 133 min dollar cərimə və 5 ilədək həbs cəzası tətbiq edib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səlahiyyətli qurumları məlumat verib.
Bundan başqa Səudiyyə Ərəbistanında COVID-19 pandemiyası haqqında şayiələr və bilərəkdən yalan məlumatlar yaymağa görə 266 min dollar ödəniləcək. Birləşmiş Ərəb Əmirliklərində isə qəsdən koronavirusa yoluxdurmağa görə 27 min dollar cərimə tətbiq edilir.

