Cəbhədən Xəbər 

Hərbçilərimiz Türkiyədə keçiriləcək beynəlxalq təlimdə iştirak edəcək

Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

Daha çox xəbərlər