İdman 

Füzuli Musayev Paralimpiya Oyunlarına vəsiqə qazanan idmançıya qiymətli hədiyyə bağışladı – FOTO

7-9 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən parataekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirində FHN-in İdman-Sağlamlıq klubunun əməkdaşı, ikiqat dünya, dördqat Avropa çempionu, prezident mükafatçısı Aynur Məmmədova qızıl medal qazanıb.

ARANTV.AZ xəbər verir ki, bu gün FHN İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançını qəbul edərək, onu qazandığı nailiyyətə görə təbrik edib və idmançıya qiymətli hədiyyə təqdim edib.

Qeyd edək ki, Aynur Məmmədova (+58 kq) bu il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına da vəsiqə qazanıb.

 

Daha çox xəbərlər