Gündəm 

Kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru sadələşdiriləcək

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı Vergilər Nazirliyi brifinq keçirib.

ARANTV.AZ xəbər verir ki, nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, bu islahat nəticəsində hüquqi şəxslər bir prosedurla onlayn dövlət qeydiyyatına alınacaq.

Qeydiyyat sistemi tam sadələşdirilib. Dövlət qeydiyyatının aparılması, ƏDV qeydiyyatı və bank hesabının açılması bir prosedurla yekunlaşacaq. Bu zaman “Asan İmza”ya ehtiyac olmayacaq və qeydiyyat üçün müraciət də tələb edilmir.

Nəticədə biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enir. Bütün informasiyalar vahid mərkəzdə toplanır və istifadəçi MMC-ni 20 dəqiqə ərzində qeydiyyata ala bilir.

Bunun üçün elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçəcəklər.

Qeydiyyat ərizəsinin məlumatları sistemə daxil edilməklə bir prosedurla təsdiqlənmə nəticəsində VÖEN verilmə prosesi yekunlaşır.

Qeydiyyat məlumatları onlayn rejimdə digər dövlət qurumlarına və banklara göndərilir.oxu.az

Daha çox xəbərlər