Bakının mərkəzində təhlükəli anlar – ANBAAN VİDEO
Bakının Yasamal rayonuna minik maşını qəfil alışıb yanmağa başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, Yeni Yasamalda, Əsəd Əhmədov küçəsində “QAZ-3110” markalı avtomobil tüstülənməyə başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Hadisə zamanı partlayış səsləri də eşidilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və baş verə biləcək dəhşətli hadisənin qarşısı alınıb. Ətrafda olan insanların həyatı xilas olunub.
Hadisənin görüntülərini təqdim edirik:
[/youtube]

