Dünya 

Rusiyadakı partlayışdan geriyə qalanlar – FOTO/VİDEO

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğının nəticələrini özündə əks etdirən videoya paylaşılıb.

NTV-nin məlumatına görə, bununla bağlı görüntüləri Rusiyanın İstintaq Komitəsi yayımlayıb.

Kadrlarda tamamilə məhv olmuş yanacaqdoldurma məntəqəsi əks olunub. Bundan əlavə, yaxınlıqdakı binalara da ziyan dəyib.

Qeyd edək ki, iyunun 15-də Novosibirskdə yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 35 nəfər yaralanıb.

İstintaq Komitəsi “Təhlükəsizlik tələblərinə cavab verməməklə xidmətlər göstərmək” maddəsi ilə cinayət işi açıb.

 

Daha çox xəbərlər