….Və Aygün Kazımova 48 il sonra – FOTOLAR
Xalq artisti Aygün Kazımovanın 48 yaşı tamam olub. ARANTV.AZ-ın məlumatına görə, müğənni ad günü partisi keçirib. Şəhər məkanların birində baş tutan gecədə Kazımova qara paltar geyinib. Hər il ad gününü xüsusi təmtəraqla keçirən sənətçi bu dəfə ənənəsini pozub, dostlarını bağlı qapı arxasında bir araya yığdı. Müğənninin doğum gününə tanınmış sənətçilər və bir sıra yaxın dostları toplaşıb. Şənlikdə ancaq Aygün Kazımovanın xüsusi dəvəti ilə gələnlər yer alıb. Bu xoş günə özəl olaraq İstanbuldan təşrif buyuran azərbaycanlı dizayner Rüfət İsmayıl və top model Günay Musayeva qonaqlar qarşısında çıxış edərək Aygün xanımı doğum günü münasibətilə təbrik ediblər.







