Sosial 

Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

“2020-ci ilin sonuna olan məlumata əsasən Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var”.

ARANTV.AZ  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov “Narkomaniya ilə mübarizə” mövzusunda çıxışında deyib.

O bildirib ki, onlardan 618-i qadındır: “Rəsmi qeydiyyatda olanlardan 15-17 yaş arasında olanlar 9 nəfərdir. Əvvəlki illərlə müqayisədə fərq böyük deyil. Qadınların sayında da artım çox deyil. Bundan başqa, qeydiyyatda olmayanlar da var. Məncə, artım var, amma şiddətli deyil”.

Daha çox xəbərlər