Əfqanıstanda BMT-nin əməkdaşı həlak oldu

Əfqanıstanda ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşı olub.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana yardım missiyası bildirib.

Qeyd olunur ki, həmin əməkdaşın həyat yoldaşı 3 il əvvəl Kabildə həlak olmuşdu.

Xatırladaq ki, ötən gün Cəlalabad şəhərində qaçqın və miqrantların işi üzrə departamentə hücum nəticəsində 15 nəfər həlak olmuş, 20-dən çox şəxs yaralanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir