Gündəm Təhsil 

Təhsil Forumunun 100 mininci üzvü Forum və Aran Media GROUP tərəfindən hədiyyələr və kubokla təltif olundu +FOTOLAR

Məqsədimiz uşaqlarla, gənclərlə və ən nəhayət perspektivli insanlarla bir yerdə olmaq, onların inkişaf dinamikasını izləməkdir.

Aran Media GROUP sağlam ruh, sağlam cəmiyyət və sağlam gələcək devizi adı altında öz fəaliyyətini davam etdirməkdədir. Ümumyyətlə məqsədimiz uşaqlarla, gənclərlə və ən nəhayət perspektivli insanlarla bir yerdə olmaq, onların inkişaf dinamikasını izləməkdir. Aran Media GROUP-un nəzdində fəaliyyət göstərən AranTV kanalı və“Aran Media” qəzeti Azərbaycanda baş verən proseslərə çevik reaksiya vermək və geniş auditoriyanı məlumatlandırmağı qarşısına əsas məqsədlərdən biri kimi qoyub.

Bu mənada təhsil də daxil sosial-iqtisadi problemlərin araşdırılması və həlli yolları barədə mütamadi yazılar dərc edir, ekspertlər səviyyəsində geniş müzakirələr aparır, dünyada baş verən aktual xəbərləri oxucuların nəzərinə çatırırıq. Bundan başqa, internet kanalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar  işıqlandırılır. İnternet kanal siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq şərhsiz xəbər yayır.

Təhsil sahəsində işləyən bir müəllimə olaraq əlimdən gələni edirəm ki, ölkədə cərəyan edən proseslərdə yaxından iştirak etməklə, xüsusilə indiki məqamda dövlətimizə və millətimizə öz imkanlarımız daxilində kömək edək. Ümumiyyətlə, çalışırıq ki, Aran Media GROUP olaraq fəaliyyətimizi bütün sahələrdə əks etdirə bilək.

Bu mənada dünən “Təhsil Forumu 2021” yeni müzakirə qrupunun ənənəvi açılışına qatıldıq.

E-leran Tədris Mərkəzində Forumun100 mininci üzvü olan Mehdiyeva Şəbnəm Əlicəfər qızının mükafatlandırılması mərasimində iştirak etdik. Görüşdə Təhsil Forumunun 100 mininci üzvü Forum və Aran Media GROUP tərəfindən müxtəlif  hədiyyələr və kubokla təltif olundu. Təhsil Forumunun təsisçisi Emil Tağızadə qalibi təbrik etdi və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra tədbirin rəsmi hissəsində Təhsil Forumunun mederatorları ilə qarşıda duran tədbir, layihə və işlər haqqında geniş fikir mübadələsi aparıldı.

Məlumat üçün qeyd edim ki, ümumiyyətlə Təhsil Forumunda müəllim, şagird və valideyin üçbucağı özünü əks etdirir. Forumun fəaliyyəti konkret olaraq Azərbaycan təhsilinin bugünki və gələcək inkişafına yönəlib.

Burada mütamadi olaraq testlərlə bağlı geniş müzakirələr, paylaşımlar olur, əsas problemlər üzə çıxarılaraq öz həllini tapır. Aran Media QROUP olaraq bundan sonra da bu istiqamətdə öz fəaliyyətimizi inkişaf etdirəcəyik.

 

       Şeyda Əzizova

“Aran Media” qəzetinin baş redaktoru

 

 

Daha çox xəbərlər