Çobanlar tapdı – Ayaqlarına baxdıqda həqiqət ortaya çıxdı
Türkiyənin Kahmaranmaraş bölgəsində çobanlar boş ərazidə xəstə halda bir kərkəs quşu tapıb.
ARANTV.AZ xəbər verir ki, yanına yaxınlaşdıqda quşun uçmadığını görən çobanlar onun yaralı olduğunu düşünüblər və vəziyyəti Təbiəti Qoruma və Milli Parklar müdürlüyünə bildiriblər. Bölgəyə gələn işçilər nəzarət zamanı kərkəs quşunun nəsli tükənməkdə olan Qızıl kərkəs olduğunu müəyyən ediblər.
Yoxlanış zamanı quşun bədənində hər hansı bir qırıq və yara olmadığı müəyyən olunub. Kərkəs quşunun ayağındakı nömrədən 1600 kilometr uzaqlıqda yerləşən Serbiyanın Belqrad şəhərindən gəldiyi bilinib.
Qoruma altına alınan və yorğun olduğu üçün uça bilmədiyi deyilən quşun müalicə olunduqdan sonra təbiətə buraxılacağı bildirilib.





metbuat.az

