Məktəb yaşının aşağı endirilməsi təklif edilir
“Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq”.
ARANTV.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
“Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar”, – nazir deyib.

