Havadarların erməni sevgisi bölgəmizə nə vəd edirdi?
Dünya yaman ermənipərəst imiş, bunu əsrlər boyu anlaya bilməmişik. Niyə sualına cavab tapmaq da çətindir. Sovet dövrünə qədər adı heç yerdə çəkilməyən, bir çox məşhurların yazdıqlarında rəzil, yalançı, hiyləgər, çirkin niyyətli, dilənçi kimi epitetlərlə bəzədilən bu millətin nümayəndələrinə bəzi ölkələrin “sevgisi” haradandı belə?!..
Hətta iş elə gətirib ki, bu millətin xatirinə dünya tarixinə mərd, təmizürəkli, vədinə sadiq xalq kimi düşən türklərin əleyhinə bir sıra dövlətlərin ən yüksək ali qanunvericilik orqanları saxta soyqırımı qəbul ediblər son illər babaları, nənələri türklərin belindən gələn, öz soyunu, kökünü, şəcərəsini əməlli-başlı bilməyən qarışıq millətlər də bu “estafetə” qoşulublar. Misal var: bir milləti məhv eləmək istəyirsən, onun mədəniyyətini, dilini əlindən al. Bu gün Rusiyanın, Avropanın, lap elə uzaq Amerikanın ərazisində dili, mədəniyyəti özgələşmiş nə qədər kiçik xalqlar var?! Saymaqla bitməz. Bu proses getdikcə də daha dərinə işləyir. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda hegemon dövlətlərdən gəlmiş nümayəndələrdən bəziləri açıq-aşkar etiraf edib ki, mən bu Qurultayın materialları ilə tanış olanadək türksoylu olduğumu bilmirdim. (Cəlal Qasımov, Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər. Bakı, 2020). Təsəvvür edin, bunu ziyalı alim deyir.. Bu ziyalı alimin yaşayıb elmi fəaliyyət göstərdiyi, siyasi proseslərə qoşulduğu bir ölkədə müəyyən tarixi proseslərdən sonra saxta erməni soyqırımının tanınması təəccüb doğurmamalıdır.
Müəyyən arxiv və açıq mənbələrindən bəhrələndikdən sonra adama elə gəlir ki, bu qədər türkün, müsəlmanın yaşadığı dünyada erməni vandalizminə, erməni irticasına, erməni tarixi saxtalıqlarına qarşı ən tutarlı təpgi göstərən elə Azərbaycan dövlətidir. Əlbəttə, Türk qardaşlarımızın ən gərgin tarixi dönəmlərdə siyasi və hərbi yardımları, döyüş meydanlarında bizimlə çiyinə ölüm-dirim mübarizəsi aparmalarını unutmaq olmaz. Və təəssüf ki, ən gərgin tarixi məqamlar ifadəsini işlətmək lazım gəlir. İnşallah, ümid edək ki, Ümummilli Liderin daxili və xarici dövlətçilik siyasətinin davamı olaraq Türkiyə və Azərbaycan arasında son zamanlar geniş vüsət alan dostluq və qardaşlıq əlaqələri bütün gələcək dövrlər üçün təkcə bir millət, iki dövlətə deyil, cəmi bəşər əhlinə əhəmiyyətli olaraq öz dəyərini alacaq və dünya sivilizasiyası tərəfindən qorxu və ikrah hissi ilə qarşılanmayacaq. Bunun üçün ilk növbədə millətlər millət, dövlətlər dövlət olmalıdır. Hər bir ölkənin vətəndaşı ölkəsinin tarixini bilməlidir, dünyada baş vermiş və davam etməkdə olan siyasi proseslərə manqurt təfəkkürü ilə yanaşmamalıdır. İnsan, dövlət xadimi olsun, ya fəhlə, hissiyatsızcasına hər hansı avantürist prosesə qoşulursa, bu, bütöv nəslin, şəcərənin deyil, millətin faciəsidir.
Ötən əsrin 30-cu illərində Bakıda yüzlərlə ziyalını əvvəl satan, sonra süngüsünün qabağına qatan daşnak Mirzoyan Moskvadakı emissarlarının köməyi ilə Qazaxstanda KPMR katibi vəzifəsinə yüksəlir.Türkün, türksoyluların qanına susamış erməni bolşevik üçün bu vəzifə daha çox öldürmək, dağıtmaq fürsətinə çevrilir! Mirzoyanın qətl və qarətindən qan ağlayan Qazaxıstanda 70 il bu repressiyanı həyata keçirən sovetlər dağıldıqdan sonra, məhz bu qırğınları törədən daşnaka heykəl ucaltmaq fikrinə düşülür – türkə və türkçülüyə, Turana və turançılığa, İslama və müsəlmanlara qarşı təkcə nifrət yox, davamlı şiddət göstərən ermənilərin təşəbbüsü ilə! Yer də seçilir, hazırlıq da görülür, yalnız Azərbaycan rəhbərliyinin səyi ilə avantüranın qarşısı alınır. Tarixçilərin, ziyalıların dəlil və sübutları qazax qardaşlarını dəhşətə gətirir, erməni təxribatı baş tutmur. Qaniçən Qriqoryan Njdenin Rusiyadakı xatirə lövhəsi kimi!
Biz heç bir millətə erməni nifrəti aşılamaq fikrində deyilik, kiminsə erməni sevgisinə qısqanc yanaşmırıq. Əksinə, qoy sevgilər bol olsun, deyirik! Onsuz da cidanı çuvalda gizlətmək olmadığı kimi, bu sevgidə saxtalıqlar gec-tez üzə çıxacaq. Proses nə qədər sürətlə getsə, sular daha tez durular. İrticaçını dəstəkləyən, peyğəmbərin ali adını qadağan etməklə saxta seçici səsi qazanmaq istəyən siyasətçini, güman ki, daha ağır sillələr gözləyir, həm də öz vətəndaşından!
Azərbaycan gec-tez öz doğma torpaqlarını yadelli ünsürlərdən təmizləməli idi və bunu etdi, – heç kimə əl açmadan, heç kimə yalvarmadan, dilənmədən, sızlamadan! Hətta cəlladlara qarşı humanist addım da atdı. Nəyi pisdir ki?! Ancaq qanan olsalar. Yenə təxribatlar, yenə yeni savaşa çağırışlar. Təxribatlara ordumuz tərəfindən layiqli cavab verilir. Dövlət başçımız, Ali Baş Komandanımız İlham Əliyev də hər kəsi öz dilində başa salmaq bacarığına və erodiusiyasına malik bir şəxsiyyət kimi əks qütblər qarşısında nüfuzunu gündən-günə artırır.
Son bir ilə yaxın müddətdə Azərbaycanın regionun inkişafı naminə gördüyü qlobal işlər çox ümidvericidir. Xarabalıqlar çirkin niyyətlilərdən təmizlənincə təbiət dəyişir, sanki doğma nəfəs, doğma ruh həyatı canlandırır. Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, Qarabağ və Zəngəzurun inkişafı Qafqazdan bütün dövlətlər və xalqlar, nüfuzlu təşkilatlar üçün beynəlxalq əməkdaşlıq sahələrini genişləndirəcək. Dövlət başçımız qətiyyətlə bildirib ki, bu işlər kiminsə köməyi olmadan da həyata keçiriləcək, bununla belə ölkəmiz hər bir saf niyyətli işbirliyi üçün açıqdır. Bir çox ölkələrin küsüb uzaqdan eyhamlar atdığı bir vaxtda regionda görülən quruculuq işləri təmiz niyyətdən, gözəl perspektivlərdən soraq verir.
Yaxşını pisdən, düzü əyridən, halalı haramdan, haqqı nahaqdan hələ də seçə bilməyənlərə və ya bunu istəməyənlərə nə lazımdır, başa düşmək olmur. Hər şey göz qabağındadır, bircə kirpiklərini aralayıb, cahillik və nifrət pərdəsini silib baxmaq qalır.
Mahir Cavadlı,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

