Sosial 

COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?

Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları nazirliyin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev cavablandırıb

ARANTV.AZ  xəbər verir ki,  Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına daxil olan suallardan biri:

– COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?

– Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.

– Vətəndaşları maraqlandıran daha bir sual: COVID-19 peyvəndlərinin yan təsirləri hansılardır və peyvənddən reaksiyası yaranarsa nə etmək lazımdır?

– Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər; yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır.

Daha çox xəbərlər