Musa Qasımlı: “Bu gün kənd məktəblərində müəllim çatışmazlığı var”
“SSRİ dağılandan sonra təhsildən uzaq olanlar məktəbə doluşdular. İndi məktəblərin belələrindən təmizlənməsinin zamanı yetişib”.
ARANTV.AZ ölke.az-a istinadən xəbər verir ki, bunu deputat Musa Qasımlı “Ümumtəhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qanunun qəbulu ilə müəllimlik peşəsini sevənlərə məktəblərə işləməyə gələcək.
“Bu gün kənd məktəblərində müəllim çatışmazlığı var. Ancaq həmin məktəblərdə universitetləri bitirən müəllimələr var və onlar imtahana gələ bilmədiklərindən işləyə bilmirlər. Onların yerinə isə başqa kəndlərdən və yerlərdən gəlirlər. Bu da müəyyən neqativ hallara gətirib çıxarır. Onlar dərsə gəlmir. Olmazmı ki, həmin kənddəki müəllimləri müqavilə əsasında işə cəlb edilsin. Bu həm qızların təhsilə cəlb olunmasına şərait yaradacaq, həm də erkən nigahların qarşısını almış olacaq”- deputat bildirib.

