Sosial 

Saxta pensiyalarla bağlı vəzifəli şəxslərə açılan cinayət işlərinin sayı BİLİNDİ

“Əsassız və saxta şəkildə özlərinə pensiya, müavinət düzəldən insanlara qarşı mübarizəmiz davam edir”.

ARANTV.AZ  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O bildirib ki, il üzrə saxta pensiya düzəldən vəzifəli şəxslərlə bağlı 280 cinayət işi açılıb və onlar işdən qovulub.

“Əsassız pensiyaların ləğvi nəticəsində 2018-ci ildə 25,6 milyon manat, 2019-cu ildə 133,1 milyon manat, 2020-ci ildə 246,5 milyon manat, 2021-ci ilin 10 ayı üzrə 496,3 milyon manat mənimsənilməsinin qarşısı alınıb. Ümumilikdə 606 milyon manat vəsaitin mənimsənilməsinin  qarşısı alınıb”, – deyə nazir əlavə edib.

Daha çox xəbərlər