Sosial 

Müdafiə Nazirliyindən orden və medallarla bağlı AÇIQLAMA

Vətən müharibəsindən sonra Prezidentin sərəncamlarına əsasən, 154 min nəfər müxtəlif orden və medallarla təltif edilib.

ARANTV.AZ  xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda digər orden və medalların yoxlanılması və aidiyyatı üzrə bölüşdürülməsi prosesi həyata keçirilir.

“Bu məqsədlə yoxlamalar, dəqiqləşdirmələr aparılır”, – deyə Anar Eyvazov əlavə edib.

Daha çox xəbərlər