Region Xəbərləri 

Lerikdə keçirilən aksiyada 218 nəfərdən qan toplanıldı

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq, qanvermə aksiyası davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti belə aksiya Lerik rayonunda keçirilib. Ümumilikdə 2 min iştirakçının qoşulduğu kampaniya zamanı 218 nəfərdən qan toplanıb.

Səhər saat 9-dan başlayan qanvermə aksiyasında 2 minə yaxın sakin iştirak etdi. Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşkilatçılığı ilə Lerik Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan növbəti kampaniyada qan azlığından əziyyət çəkən insanlara dəstək nümayiş etdirildi.

Humanitar aksiyaya hüquq mühafizə orqanlarının kollektivi, ictimaiyyət nümayəndələri, gənclər könüllü qoşuldular.

Aksiyada Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların saglamlığını müəyyənləşdirdilər. Tibbi yoxlanmadan sonra isə 218 nəfərdən qan götürüldü.

Mübariz Ağayev – baş həkim:

– 2000 nəfərə yaxın insan bu aksiyaya cəlb olunubdur, bunlardan 200-nəfərdən çox insan könüllü olaraq qan veribdir. Toplanmış qan nümunələri Bahadur Eyvazov adına Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən yoxlandıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliyindən əziyyət çəkən xəstələrə yardım göstəriləcək.

Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək.

Daha çox xəbərlər

Leave a Comment