Cəmiyyət 

İlin sonunadək birdəfəlik müavinətlərin verilməsinə başlanılacaq

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əlyevin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirlməsi ilə bağlı imzaladığı müvafiq fərmana əsasən, ilin sonunadək birdəfəlik müavinətlərin verilməsinə başlanılacaq.

Prezident İlham Əlyevin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirlməsi ilə bağlı imzaladığı müvafiq fərman 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə şamil olunur. Fərmana uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 1997-ci il avqustun 2-dək bu katoqoriyadan olan hərbi qulluqçuların ümumi siyahısı, ədliyyə nazirliyi tərəfindən sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik müavinəti ödənilən hərbi qulluqçuların siyahısı artıq Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə təqdim edilib. Nazirlik tərəfindən bu istiqamətdə işçi qrupu yaradılıb. Verilən siyahılardakı məlumatlar tam dəqiləşdirildikdən sonra məhkəmə qətnaməsi alan, eləcə də indiyədək birdəfəlik yardımdan bəhrələnən şəhid ailələri sıyahıdan çıxarılacaq. Birdəfəlik müavinətlərin verilməsi ilə bağlı müraciətlərin edilməsində də dəyişikliklər olub. Əgər əvvəllər vətəndaş müraciət zamanı bir neçə orqana getməli olurdusa, indi yalnız yaşadığı ərazidəki notariat orqanına getməklə qeydiyyatdan keçə biləcək.

Fuad Hüseynov – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri:

– Həmin notariat orqanı tərəfindən təqdim olunmuş vərəsilik şəhadətnamələri ilə birgə Fərmanda tələb olunan digər sənədləri ƏƏSMN mərkəzi informasiya sisteminə avtomatik elektron qaydada bu məlumatları ötürəcəklər. Yəni vətəndaş yalnız notariat orqanına müraciət edəcək və şəhadətnaməni aldıqdan sonra deməli orqanın özü bilavasitə bütün fərmadan göstərilən sənədlər əsasında təqdim olunmuş şəhadətnamələri nazirliyin veb saytına elektron qaydada ötürəcəkdir.

İlin sonunadək birdəfəlik müavinətlərin verilməsinə başlanılacaq. Siyahı tam dəqiqləşdikdən sonra ardıcıllıq məsələləri və digər məlumatlar nazirliyin infomasiya sisteminə oturacaq və həmin vətəndaşlara bununla bağlı məlumat ötürüləcək.

Daha çox xəbərlər

Leave a Comment