Cəmiyyət 

Xankəndidə qanunsuz qeydiyyatda olan şirkət Moskvada beynəlxalq sərgiyə qatılmağa hazırlaşır – FOTO

Fevralın 7-11-də Moskvadakı Ekspo Mərkəzində beynəlxalq ərzaq məhsulları sərgisi keçiriləcək.

Sərgidə bir neçə erməni şirkəti də iştirak edəcək. Lakin onlardan biri olan “Bee Age Brandy”nin Xandəndidə qanunsuz qeydiyyatda olduğu üzə çıxıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmçinin, Rusiyada fəaliyyət göstərən bütün Azərbaycan təşkilatları və ictimai fəallarına separatçılara məxsus adıçəkilən şirkətin beynəlxalq sərgidə iştirakının qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi barədə müraciət olunub.

 

Daha çox xəbərlər