Bazar ertəsi, 29 İyn, 2026

Bakı-Xudat marşrut avtobusu aşdı

Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər yaralansa da bəziləri tibbi yardımdan imtina edib. Sərnişin 1970-ci il təvəllüdlü İlqar Axundova ilkin tibbi yardım göstərilib, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı BDYPİ-ndə araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir