Siyasət 

Azərbaycanla BMT arasında yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılır

Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında deyib.

Onun sözlərinə görə, martın 18-də planlaşdırılmış dialoq çərçivəsində pandemiyadan sonrakı və post-münaqişə dövründə əməkdaşlıq müzakirə olunacaq.

Həmçinin, xeyriyyə yarmarkasının və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Daha çox xəbərlər