Gündəm 

Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla bağlı növbəti hazırlıq iclası olub

ARANTV.AZ xəbər verir ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə əlaqədar görülən işlərin əlaqələndirilməsi və təşkilati məsələlər üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənov bildirib  ki, ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının dəstəyi ilə keçiriləcək konfrans ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir. Bu bəladan dünyanın əziyyət çəkdiyini qeyd edən Baş nazirin müavini Azərbaycanın beynəlxalq birliyin bütün səylərini dəstəklədiyini, BMT-nin müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə bu sahədə milli hüquqi bazanın yaradıldığını vurğulayıb. Sonra Nazirlər Kabineti Aparatı rəhbərinin müavini, İşçi qrupunun rəhbəri Natiq Məmmədov konfransın keçirilməsi ilə bağlı öhdəliklərin, eyni zamanda, tədbirə ev sahibliyi edən Azərbaycan Hökumətinin üzərinə düşən vəzifələrin, lazımi və zəruri təşkilati məsələlərlə əlaqədar hazırlıq işlərinin son mərhələdə olduğunu bildirib. Sonda təklif və suallarla bağlı fikir mübadiləsi aparılıb.

Daha çox xəbərlər