Region Xəbərləri 

Azərbaycan qadını hər zaman milli dövlət quruculuğu işinin fəal iştirakçısı olub.

Qadınlar müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyi və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər edib. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirib, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılayıb. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğruldub.
Bu mənada, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına, dövlətçiliyimizin daha möhkəmləndirilməsi naminə yüksək fədakarlıq edən qadınlara xoş arzularımızı yetirir, onları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik.
Bayramınız mübarək!

Daha çox xəbərlər