Yanvarda Azərbaycanda 10 mindən çox körpə doğulub
Bu ilin yanvar ayında Azərbaycanda 10 min 197 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə 12 təşkil edib. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 290-ı əkiz, 9-u isə üçəmdir.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar ayı ərzində ölkədə 6009 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7 təşkil edib.

